» » » Ərişdə hazırlanması

Ərişdə hazırlanması

Lazım olan ərzaqlar
1. kəsilmiş ərişdə (hazırlanmasına bax)
2. soğan 1 ədəd
3. kərə yağı 1 dolu x. qaşığı
4. qaynar su 2 litr
5. sarıkök 1 ç. qaşığı
6. nanə qurusu 2 ç. qaşığı
7. duz və istiot
8. noxud 0.5 st
9. alça turşusu 10-12 ədəd

Hazırlanma ardıcıllığı
1. Noxudu axşamdan isladırıq və yuyub 20 dəqiqə yumşalana qədər qaynadıb suyunu süzürük
2. Qazana kərə yağını əlavə edib qızdırırıq və xırda doğranmış 1 ədəd soğanı qazana əlavə edib orta xodda qovururuq
3. Qovrulan soğana sarıkök, duz və istiot əlavə edib 1-2 dəqiqə qovururuq ardınca qaynar olan 2 litr suyu soğana əlavə edirik
4. Qaynayan soğanlı suya noxudu və alça turşusunu əlavə edib 10-15 dıqiqə qaynadırıq
5. Qaynayan soğanlı suya əvvəlcədən kəsdiyimiz ərişdəni əlavə edib qarışdırırıq
6. Ərişdəni əlavə etdikdən sonra 2 ç. qaşığı quru nanə əlavə edib ərişdəni 10 -15 dəq qaynadıb ocaqdan götürürük 

Hazırlayan hər kəsə nuş olsun


14-01-2018, 22:08 324 0

Rəylər


Rəy yaz