» » » Paytaxt salatı
-->

Paytaxt salatı

Lazım olan ərzaqlar

1. kartof 6-7 ədəd orta ölçülü
2. yumurta 5 ədəd
3. kök 4 ədəd
4. tər xiyar 4 ədəd
5. turşu xiyar 3 ədəd
6. ət 250 qram
7. şüyüt 1 dəstə
8. yaşıl noxud 400 qram
9. duz istiot
10. smetan və mayonez hərəsindən 200 qram

 
Bişirmə ardıcıllığı

1. Əti qaynadırıq bişənə yaxın duz əlavə edirik
2. Kartofun qabığını soyub xırda kubik şəklində doğrayırıq. Doğradığımız kartofların üzərinə su əlavə edib ocağa qoyuruq qaynamağa başlayanda duz əlavə edirik. Tez-tez yoxlayırıq ki, kartoflar çox bişib əzilməsin. Bişən kartofları süzgəcdən süzürük
3. Kökün qabıqlarını soyub qaynadırıq
4. Yumurtanıda qaynadıb qabıqlarını təmizləyirik 
5. Qaynayan əti, yumurtanı, kökü xırda kubik şəklində doğrayırıq
6. Tər xiyarı və turşu xiyarıda xırda kubik şəklində doğrayırıq
7. Şüyüdü xırda doğrayırıq. Göy noxudu süzgəcdən süzüb üzərinə soyuq su gəzdiririk
8. Doğradığımız bütün ərzaqları  və göy noxudu dərin bir qaba əlavə edib duz, istiot və mayonez əlavə edib qarışdırırıq

HAZIRLAYAN HƏR KƏSƏ NUŞ OLSUN


5-09-2017, 13:07 23 061 0

Rəylər


Rəy yaz