» » » Ərişdə, xəngəl və düşbərə xəmiri

Ərişdə, xəngəl və düşbərə xəmiri

Lazım olan ərzaqlar
1. un 4 st 
2. duz 1 ç. qaşığı
3. yumurta 1 ədəd
4. ilıq su xəmir olana qədər

Hazırlanma ardıcıllığı
1. Ələnmiş una duz, yumurta və az-az ilıq su əlavə edib bərk xəmir yoğruruq. Xəmirin üzərini salafan vəya streç çəkib yarım saat gözlədirik
2. Xəmiri hissələrə ayırıb kündələyirik
3. Kündələrdən birini  götürüb un səpərək yayırıq
4. XƏNGƏL HAZIRLAMAQ ÜÇÜN: yaydığımız xəmiri sacın üzərində 20-30 saniyə gözlədib götürürük və soyuduqdan sonra kvadrat vəya paxlava şəklində kəsirik. İstəyə görə hazır olan xəngəlləri sərib quruda bilərsiniz vəya qaynayan suya duz əlavə ederek xəngəlləri suda bişirib. üzərinə qiymə vəya qovrulmuş soğanla süfrəyə veririk
5. ƏRİŞDƏ HAZIRLAMAQ ÜÇÜN: hazırladığımız kündələrdən birini götürüb un səpərək nazik yayırıq.
6. Yaydığımız xəmiri ortada 2 hissəyə ayırıb  üzərinə bolluca un səpirik 
7. Böldüyümüz hər hissəni qarşı-qarşıya 3 barmaq enində qatlayırıq. Qatladığımız hər hissəyə un səpirik
8. Hər iki hissəni üst-üstə qoyub iti bıçaqla nazik kəsirik
9. Kəsdiyimiz ərişdələrin üzərinə bolluca un səpərək aşağıdan yuxarıya qaldıraraq silkələyib qatları açırıq. Hazır olan ərişdələri düz bir qabın içərisinə sərib arabir çevirərək otaq tempraturunda quruduruq


Hazırlayan hər kəsə nuş olsun

13-01-2018, 21:26 336 0

Rəylər


Rəy yaz