-->

Ballı tort

Lazım olan ərzaqlar
1. kərə yağı 200 qram
2. bal 3 x. qaşığı
3. şəkər tozu 1 st
4. soda 1 ç qaşığı
5. üzüm sirkəsi 1 ç. qaşığı
6. yumurta 3 ədəd
7. un 3.5 stəkan + yarım stəkan

Krem
Bişmiş (zavarnoy) krem

Hazırlanma ardıcıllığı
1.Şüşə qabın içərisinə otaq tempraturunda ərimiş kərə yağını, balı və şəkər tozunu əlavə edib su buxarına qoyuruq
QEYD qazanda ocağa su qoyruq su isinəndə şüşə qabı qazanın üzərinə qoyuruq. Qazandakı su şüşə qaba dəyməməlidi.
2.Şəkər tozu və kərə yağı əriyəndə sodanın üzərinə üzüm sirkəsi əlavə edib qarışdırırıq və ballı qarışığa əlavə edirik
3. Bu vaxt ballı qarışığın rəngi açılır və köpür. Qarışığa odanı əlavə etdikdən sonra 5 dəqiqə daha su buxarında saxlayıb götörürük
4. Buxardan götürdüyümüz ballı qarışığa yumurtaları tək-tək əlavə edibqarışdırırıq
5. Ardınca ələnmiş unu az-az əlavə edib qarışdırırıq. Qeyd reseptdə yazılandan artıq miqdarda un əlavə etmək olmaz
6. 3.5stəkan un əlavə etdikdən sonra xəmir soyuyana qədər gözləyirik
7. Xəmir soyuduqdan sonra stolun üzərinə yarım stəkan un səpib xəmiri biraz daha yoğururuq
8. Xəmiri hissələrə ayırıb kündələyirik və un səpilmiş qabın içərisinə yığırıq
9. Kündələrdən birini götürüb altına və üstünə yağlı kağız sərib  yağlı kağızın arasında yayırıq tortu hansı ölçüdə hazırlamaq istəyirsinizsə o ölçüdə qab qoyub kəsirik kənardan çıxan xəmirləri götürmürük ki, tortun üzərini bəzəmək üçün lazım olacaq və korjların üzərini çəngəllə deşirik ki, qabarmalar olmasın
10. Hazır olan korjları 5-7 dəqiqə əvvəlcədən isidilmiş sobada 180 dərəcədə bişiririk
11. Bütün korjları bu qaydada hazırlayıb yığırıq. Kənarlardan çıxan qırıntıları blendrde xırdalayırıq
12. Tortu hazırlayacağımız qaba azca krem çəkib birinci korju qoyuruq və üzərinidə kremləyirik 
13. Bu qaydada buütün korjları kremləyib yığırıq üzərini isə korjların kənarından çıxan qrıntılarla bəzəyirik

Hazırlayan hər kəsə nuş olsun



8-01-2018, 23:15 370 0

Rəylər


Rəy yaz