» » » Kefirli ruletin hazırlanması
-->

Kefirli ruletin hazırlanması

Lazım olan ərzaqlar
1. yumurta 3 ədəd
2. kefir 0.5 st
3. şəkər tozu 1 st
4. soda 1 ç. qaşığı+ üzüm sirkəsi 1 ç. qaşığı
5. un 1 st 

İçlik üçün cem vəya bişmiş qatılaşdırılmış süd

Hazırlanma ardıcıllığı
1. Otaq tempraturunda olan yumutaları şəkər tozu və vanillə birlikdə mikserlə ağarana qədər qarışdırırıq. 
2. Alınan qarışığa kefiri əlavə edib qarışdırırıq
3. Ardınca ələnmiş unu və sirkə əlavə edilmiş sodanı əlavə edib qarışdırırıq
4. Alınan qarışığı yağlı kağız sərilmiş sobanın tavasına əlavə edib hamarlayırıq. 180°C də 8-10 dəqiqə bişirib sobadan çıxarıb isti-isti rulet şəklində bükürük. Soyuduqdan sonra ruleti açıb içərisinə bişmiş qatılaşdırılmış süd vəya  cem çəkib yenidən bükürük. Hazır olan ruleti dilim-dilim doğrayıb servis edirik

Hazırlayan hər kəsə nuş olsun

13-01-2018, 20:15 327 0

Rəylər


Rəy yaz