-->

Quru meyvəli keks

Lazım olan ərzaqlar
1. yumurta 4 ədəd
2. şəkər tozu 1 st
3. duru yağ 200 ml
4. qatıq 1 st
5. qabartma tozu 1 p
6. vanilin 1 paket
7. ərik qurusu 5 ədəd
8. kişmiş yarım st
9. doğranmış qoz yarım st
10. un 2 st

Hazırlanma ardıcıllığı
1. Keks qəlibinin içərisini kərə yağı ilə yağlayıb 1 x. qaşığı un səpib qabın hər tərəfinə yayırıq.Və qəlibi soyuducuya qoyuruq.
2.Əriyi və kişmişi yuyub quruduruq və əriyi xırda doğrayırıq. Qoz ləpəsini də xırda doğrayırq. Quru meyvələri dərin bir qaba yığıb üzərinə 1 x. qaşığı un əlavə edib qarışdırırıq
3. Yumurtanın ağını sarısından ayırırıq. Dərin bir qaba yumurta ağlarını və 1 çimdik duz əlavə edib mikserlə ağarana qədər qarışdırırıq
4. Ağaran qarışığa şəkər tozunu əlavə edib qarışdırmağa davam edirik
5. Yumurta sarılarınıda tək tək əlavə edib qarışdırırıq. 
6. Ardınca vanlini duru yağı və qatığı əlavə edib qarışdırmağa davam edirik
7. Ən sonda alınan qarışığa unu və qabartma tozunu əlavə edib slikon vəya taxta qaşıqla qarışdırırıq. Alınan qarışığa əvvəlcədən hazırladığımız quru meyvələri əlavə edib qarışdırırıq.
9. Keks qəlibini soyuducudan çıxarıb xəmiri keks qəlibinə əlavə edirik.
10. Əvvəlcədən isidilmiş sobada 180 dərəcədə bişiririk. 

Hazırlayan hər kəsə nuş olsun

9-01-2018, 12:05 326 0

Rəylər


Rəy yaz