Lokum kek

Lazım olan ərzaqlar
1. yumurta 3 ədəd
2. şəkər tozu 1 st
3. süd 1 armudu st
4. duru yağ 1 armudu st
5. qabartma tozu 1 paket
6. vanilin 1 paket
7. un 1 dolu st

Sous üçün
1.süd 1 st (250 ml)
2. kakao 1.5 x. qaşığı
3. şəkər tozu 1 armudu st
4. kakos
Hazırlanma ardlcıllığı
1. Dərin bir qaba yumurta, şəkər tozu və vanlini əlavə edib ağarana qədərmikserlə qarışdırırıq
2. Ardınca südü və duru yqğı əlavə edib qarışdırmağa davam edirik
3. Ən sonda ələnmiş una qabartma tozunu əlavə edib qarışdırırıq və unu yumurtalı qarışığa əlavə edirik
4. Hazır olan keks xəmirini yağlanmış sobanın tavasına əlav edib əvvəlcədən isidilmiş sobada 180 °C də bişiririk
5. Sousu hazırlamaq üçün tavaya südü, şəkər tozunu və kakaonu əlavə edib qarışdırırıq qaynadıqdan sonra ocaqdan götürüb soyuduruq
6. Bişib soyuyan keksi kvadrat şəklində doğrayırıq
7. Kvadrat şəklində olan kekslərin hər tərəfini əvvəlcə kakaolu sousa ardınca isə kakosa batırıb servus edəcəyimiz qaba düzürük

Hazırlayan hər kəsə nuş olsun
16-12-2017, 22:56 248 0

Rəylər


Rəy yaz