» » Limonlu lokum
-->

Limonlu lokum

Lazım olan ərzaqlar
1. şəkər tozu 2 st (400 qram)
2. su 125 ml
3. nişasta (qarğıdalı) 1 st
4. su 1.5 st (375 ml)
5. limon duzu 1 çimdik
6. limon suyu 1 x. qaşığı
 
Hazırlanma  ardıcıllığı
1. Qazana şəkər tozu, su və limon duzunu əlavə edib ocağa qoyuruq. Şərbət qaynamağa başlayanda ocağı vam odda saxlayırıq
2. Başqa bir qazana nişasta və suyu əlavə edib nişasta açılana qədər qarışdırırıq və qazana ocağı qoyub dayanmadan   qatılaşana qədər qarışdırırıq.
3. Qatılaşan nişataya qaynamaqda olan şərbəti əlavə edib qarışdırırıq. Bu vaxt nişasta topalandığı üçün ocağın üzərində mikserlə qarışdırıb açırıq istəyə görə azca sarı rəng və limon suyu əlavə edib 20-25 dəqiqə  vam odda qaynadıb ocaqdan götürüb yağlı kağız sərilmiş qaba əlavə edib üzərini hamarlayırıq və 2 saat saxlayıb istədiyimiz ölçüdə kəsirik
4. 2 ayrı qabda birinə kakos digərinə isə nişasta tökürük. Doğradığımız lokumları istəyə görə kakosa vəya nişastaya batırıb servis qabına yığırıq.
Mən yarısını kakoslu yarısını isə nişastalı hazırladım.

Hazırlayan hər kəsə nuş olsun
19-12-2017, 11:19 231 0

Rəylər


Rəy yaz