» » Pomidorun sterlizə olunaraq qışa saxlanılması
-->

Pomidorun sterlizə olunaraq qışa saxlanılması


Pamidoru qışa saxlamağın müxtəlif üsulları var. Bu gün sizlərlə pamidorun qışa sterlizə olunaraq saxlanılmasını paylaşacağıq. Bu üsulla saxlanan pamidoru həm xörəklərdə, həmdə qışda xörəklərin yanında salat kimi istifadə edə bilərsiniz. 

Lazım olan ərzaqlar
1. pamidor 5 -6 kq
2. şirin bibər 4-5 ədəd
3. sarımsaq  1 baş
4. cəfəri 1 dəstə
5. şüyüt toxumu
6. qara yumru istiot 
7. dəfnə yarpağı
8. duz 

Bişirmə ardıcıllığı

1. Pamidorları yuyub üzərinə qaynayan su əlavə edib ehmalca qabığını soyub özək hissəsini bıçağın ucuyla çıxardırıq
2. Bütün pamidorları təmizlədikdən sonra  ortdan 2 yerə bölüb dilimləyirik
3. Salatları hazırlayacağımız bankaları sterlizə edirik yəni qaynar su buxarında saxlayırıq
4. Sarımsaqların qabığını təmizləyirik
5. Bibərlərin içərisini təmizləyib 4 yerə bölürük 
6. Cəfəriləri təmizləyirik
7. Bankaya ən altdan 4-5 sap cəfəri, 2 diş sarımsaq, 1 ədəd dəfnə yarpağı, şüyüt toxumu, 2 dilim bibər yığıb üzərinə dilimlədiyimiz pamidorları suyu ilə birgə bankaya yığırıq
8. Bankaya ən üstdən 1 ç. qaşığı duz və 4-5 ədəd  qara yumru istiot əlavə edirik
9. Bütün bankaları bu qayda ilə hazırlayıb yığırıq
10. Qazana su yığıb içərisinə dəsmal qoyub ocağa qoyuruq
11. Hazırladığımız bankalara qapaq qoyub , bankaları suya qoyuruq
12. Su qaynamağa başladıqdan sonra 2-2.5 saat qaynadırıq. Arabir  bankaların qapağını götürüb qaşıqla qarışdırırıqki, pamidorların hər tərəfi bərabər bişsin
13. Bankaları qaynatdığımız su azalsa qazana qaynayan su əlavə etməklə qazanın suyunu artırırıq
14. Qaynayan bankaları banka bağlayan maşınla bağlayırıq. Bankaları tərs çevirib soyuduruq
 
Hazırlayan hər kəsə nuş olsun
 
17-07-2017, 18:44 12 198 0

Rəylər


Rəy yaz