» » Aloe vera bitkisi

Aloe vera bitkisi


Aloe (bu bitkini "aloe vera" da adlandırırlar) güclü yarasağaldıcı təsirinə malikdir. Dəridə olan yaraları bu bitkinin köməyi ilə tez bir zamanda sağaltmaq mümkündür. Bunun üçün bitkinin ən qalın yarpaqları (onlar aşağıda yerləşir) istifadə olunur. Yarpaq yuyulur, üzərində olan nazik pərdə soyulur və yarpaq yaranın üzərinə qoyulur və sarğı bağlanır.

Aloe yarpağı həmçinin yanıqların sağalmasını sürətləndirir, ağrısızlaşdıran, mikrob və iltihabəleyhinə təsirinə malikdir. Sübut olunub ki, aloe bitkisi stafilokokkları, streptokokkları, göbələkləri məhv edir.


Vitamin və minerallarla zəngindir. Tərkibi A, B1, B2, B3, B6, C, E. B12 vitaminilərilə zəngindir. Həmçinin Aloe vera bitkisinin tərkibində folik turşusu, kalsium, maqnezium, sink, selen, dəmir, krom, sodyum, kalium, manqan və mis minerallarının zəngin qaynağıdır.

Aloe yalnız dərinin üzərində olan yaraları yox, daxildə olan yaraları da sağaldır. Aloe şirəsi mədə və 12 barmaq bağırsağı xoraları və eroziyaları zamanı geniş istifadə olunur. Şirə xoraların və eroziyaların sağalmasını sürətləndirir. Aloe şirəsinin balla qarışığı bu xəstəliklər zamanı ən təsirli və sınanmış xalq təbabəti üsullarından biri sayılır.

Bu təbii dərmanı hazırlamaq üçün aloenin qalın yarpağı götürülür, tənzifə bükülür və 3-4 gün ərzində soyuducuda saxlanılır. Daha sonra yarpaq yaxşı yuyulur, üzərində olan nazik pərdə soyulur və yarpaq blenderdə əzilir. Alınmış kütlə bir neçə lay tənzifdən sıxılır. 2 xörək qaşığı aloe 1 xörək qaşığı balla qarışdırılır və səhər tezdən qida qəbulundan əvvəl qəbul edilir. Müalicə kursu 10-15 gündür.

Aloe kosmetologiyada da geniş istifadə olunur. Bu bitkinin şirəsi üz dərisinin müxtəlif problemlərlə (civzələr, irinliklər və s.) mübarizədə yaxşı kömək edir. Aloe şirəsi müxtəlif təmizləyici və ağardıcı kosmetik maskalara daxildir. Ev şəraitində bu kimi təmizləyici maskanı hazırlamaq olar: 2 xörək qaşığı mavi gil + 2 xörək qaşığı su + 2 xörək qaşığı aloe şirəsi, yaxşı qarışdırın və üzünüzə çəkin. 20 dəqiqədən sonra ilıq su ilə yuyun.

Aloe qanda xolestrolu stabilləşdirir Və imunitet sistemini gücləndirir. Qan təzyiqini normaya salır və infarkt risqini azaldır. Həmçinin qəbizliyə çox gözəl təsiri vardır.


Aloe bitkisinin dəriyə gözəlləçdirici, yumşaldıcı , nəməndirici və yaşlanma əleyhinə çox gözəl təsirləri vardır. Bitkinin yaşlanma əleyhinə təsiri çox yönlüdür. Təmizləyici xüsusiyyəti olduğundan ölmüş hüceyrələri dəridən təmizləyərək tullantıları və toksinləri uzaqlaşdırır. Təkibində olan vitaminlər, minerallar və amin turşularının sayəsində dəridə yeni hüceyrələri bərpa edir.

Dərinin kollagen quruluşunu və elastikliyini saxlayır. Dərini yumşaldır və təbii gözəllik verir. Dərinin elastikliyini artırır. Bundan başqa, bu bitkidən alınan ekstraktlar kosmetik sənayesində də istifadə olunur və müxtəlif kosmetik məhsulların istehsalında istifadə olunur .


Dəri üzərindəki sivilcələri və ləkələri yox edir.

Dodaq olan uçuklaradan, herpes zosterdan genital orqanlara və şiddətli ayaq yaralarına qədər istifadə edilir. Xüsusilə antivirus təsiri sayəsində, 3 günə qədər qısa müddətdə yaraları sağaltma xüsusiyyəti vardır.

Göz qapaqlarında şişkinliyi aradan götürür.

Ağız və ağızdakı yaralar üçün güclü təsiri vardır. Maye halda içildikdə bəlğəmi sinədən təmizləyir. Qrip viruslarını məhv edir. Maye şəklində içilməsi zəkanı inkişaf etdirir.


Problemli dəri üçün bu kimi losyon da hazırlamaq olar. İri aloe yarpağı soyulur, blenderdən keçirilir və üzərinə 50 qr tibbi spirt əlavə olunur. 1 gün keçdikdən sonra məhlul bir neçə qat tənzifdən yaxşı süzülür. Losyonu yalnız problemli yerlərə çəkin. İlk dəfə losyonu (və həmçinin maskanı) dərinin kiçik hissəsində yoxlayın, qazırtı və ya allergik reaksiya olmazsa, istifadə edə bilərsiniz.

Aloe şirəsi həmçinin dəriyə cavanlaşdırıcı təsir edir, dərinin "karkası" olan kollaqen liflərinin bərpasına kömək edir. Bu səbəbdən aloe şirəsi bir çox anti-age ("yaşlanma əleyhinə") vasitələrin tərkibinə daxil edilir. Ev şəraitində aloe şirəsini cavanlaşdırıcı maskaların tərkibində istifadə etmək olar. Məsələn, 2 xörək qaşığı xama, 5 damcı vitamin A (apteklərdə satılır), 2 xörək qaşığı aloe şirəsi qarışdırılır və təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun və dəriyə qidalandırıcı krem çəkin.


Erkən yaşlanmaya qarşı Aloe formula

Xüsusilə qadınlar yaşlanmağı sevməzlər. Dərilərində və vücudlarında qırışları istəməzlər.Buna görə də, müxtəlif kremlər və gellərdən istifadə edərək yaranan qırışları gecikdirməyə çalışırlar. Aloe vera dərin ölü hüceyrələrdən təmizləyə bilər. Erkən yaşlanma və qırışları önləyir. Heç kəs dəri üzərində erkən yaşlanma və qırışları görmək istəmir. Aloe vera sayəsində qırışların və vaxtından əvvəl yaşlanmadan xilas ola bilərsiniz.


1 çay qaşığı aloe vera gel, 1 çay qaşığı yulaf ezmesi və yarım çay qaşığı zeytun yağı bir qabda maye halına gələnə qədər qarışdırılır. Bu qarışığı süzdükdən sonra yarım saat gözləyin. Maska olaraq dəriyə çəkilir.


Bu maska dəridə qırışların və xəttlərin itməsinə köməklik edir, həmçinin dərini nəmləndirir. Ölü hüceyrələri təmizləməyə kömək edir, cildin elastikliyini artırır. Dəri daha da hamarlaşır.


Aloe bitkisinin kimlər qəbul etməməlidir

İstifadə etdikdə mədə spazmı və ya həddindən artıq ishal varsa, istifadəni azaltmaq və ya dayandırmaq lazımdır. Hamilə və ya süd verən qadınlar tərəfindən istifadə edilməməlidir.

Kolit, bağırsaq və mədə xəstəlikləri olanlara həkim məsləhəti olmadan qəbul etməsi tövsiyyə olunmur.


19-12-2017, 11:36 244 0

Rəylər


Rəy yaz